Cam balkon

Cam balkonlar sturuktura və sizin zövqünüzə uyğun rəng çeşidləri təklif etməklə yanaşı, rahat və dayanıqlıdır. Cam balkon sistemlərində istifadə edilən aluminium profillərin rəngi elektrostatik toz boya olduğu üçün deformasiyaya dözümlü və uzunömürlüdür.
Daha çox

Çərçivəsiz, tam açılaraq yanlara yığılan şüşəbənd sistemləridir. Bu sistemlər evinizdə funksional və estetik bir balkon yaratmağın ən müasir üsuludur. Bu sistemlərdə şüşə lövhələr alüminium rels üzərində hərəkət edərək sağa, sola və ya hər iki tərəfə yığılır. Ilin dörd mövsümündə istifadə edə biləcəyiniz cam balkon sizə məkanı istədiyiniz zaman tamam, qismən bağlamaq, və ya bütülüklə açmaq, ya da küləyi istiqamətləndirmək kimi fərqli imkanlar verir. Istifadə olunan şüşələrin zərbəyədavamlı (temperli) olması, təhlükəsizliyinizi təmin edir. Profillər alqminium olduğundan paslanmır ki, bu da sistemin ömrünü bir bina ömrü qədər uzun edir. Cambalkon sistemləri eyvanın arxitektur quruluşunu pozmur, hətta çox rəng çeşidinin olması məkana dekorativ və estetik bir görünüş də bəxş edir. Ən önəmlisi isə sizi ətraf mühitin mənfi təsirlərindən külək, yağış, toz, səs və s. qoruyur.

İzolyasiya Şüşə Sistemləri ikiqat şüşələrdən istifadə olunaraq hazırlanmış cam balkon sistemləridir. İkiqat şüşə sistemlərində istifadə olunan bütün profillər, qovşaqlar, birləşmə nöqtələri və materiallar izolyasiyanı maksimum dərəcədə artırmaq üçün nəzərdə tutulmuşdur. İzolyasiya Şüşə Sistemləri son illərdə cam balkon sahibi olmağı düşünən bir çox insanlar tərəfindən sifariş olunur.

Sürgülü cambalkon sistemleri iç və çöl məkanlar – eyvan, qış baxçası, kafe, restoran,vitrin və s. arakəsməsi üçün yararlıdır. Dar məkanlar üçün ideal bir sistemdir, beləki, açıldığı zaman öz relsində üst-üstə yığıldığı üçün yer tutmur. Bundan əlavə şüşə panellər içəri qatlanmadığı üçün pərdə istifadəsi çox rahatdır, sinəklik quraşdırılması mümkündür. Profil və şüşə rəng çeşidlərinin çox olması isə evinizə uyğun rəng seçimi etmənizi asanlaşdırır.

Bu sistemin əsas xüsusiyyəti üstdən asqılı olaraq hərəkət etdiyindən kandarsız (alt hissəsində heç bir maneənin olmaması) olması və istənilən tərəfdə şüşələri toplamaq mümkündür. İstənildiyi təqdirdə bütün şüşə panelləri bir tərəfə yığaraq məkanları genişləndirə bilərsiz. Restoran, kafe, qış baxçalarını bağlamaq və evlərdə, iş yerlərində arakəsmə olaraq istifadə üçün ideal istemlərdir.

Tent sistemləri

İnşaatın funksional olan son texlonoji məhsulları arasında tent-perqola sistemləri başlıca yer tutur. Bu cür Sistemlərdə istifadə olunan profil və aksesuarlar paslanmağa davamlıdır.
Daha çox

Perqola istənilən hava şəraitindən yağışdan, günəşdən, qardan qorunmaq üçün əlverişli bir sistemdir. O, xüsüsi silikon örtüklü parça və alüminium profil dirək və raylardan ibarətdir.

Sabit tent sistemləri blackout (gün keçirməyən və oda davamlı) tent materialından və alüminiumdan hazırlanaraq istənilən əyimdə və istənilən bucaqda hazırlana bilər.

«Ponant» qollu tentləri eyvanların, terrasların, pentxausların kölgələndirilməsi üçün əla seçimdir. Bu sistem kölgələnmə sahəsində ən möhtəşəm sayılan sistemlərdən biri olub ən son texnologiya ilə hazırlanmışdır. Avtomatik açılıb-bağlana bilən olması ilə yaz və qış fəsillərində də rahat istifadə oluna bilir.

İzo və cəbhə sistemləri

İnşaat sektorunda prestijli obyektlərə və lüks tikililərə tətbiq etmək üçün ən düzgün seçimdir. İstilik izolasiyası ilə təmin olunmuş bu cür profillər hermetikliyi daha da artırır. Başlıca xarakterik xüsusiyyətləri geniş açılımlar üçün ideal sistem olmasıdır.
Daha çox

Ofis arakəsmələri

Daxili arakəsmələr ofislərinizdə, kafe və restoranlarınızda bir sözlə həm iş yerlərinizdə həm də də evlərinizdə məkanınızı genişləndirmək və ya kiçiltmək istəyirsinizsə yaxud işin səmərəliliyini artırmaq üçün ətrafdakı səslərdən qurtulmaq istəyirsinizsə sizə təklif etdiyimiz arakəsmələr əvəzsiz seçimdir.
Daha çox

Perqola istənilən hava şəraitindən yağışdan, günəşdən, qardan qorunmaq üçün əlverişli bir sistemdir. O, xüsüsi silikon örtüklü parça və alüminium profil dirək və raylardan ibarətdir.

  • Tək qat şüşəli ofis arakəsmələri
    • Tək qat şüşəli ofis arakəsmələri adətən 10 mm qalınlıqda temperli şüşədən ibarət olur. Şüşənin temperli olmağı zərbələrə qarşı 5 qat daha davamlı olmağını təmin edir və qırılma ehtimalı olsa belə kiçik parçacıqlara bölünərək təhlükəsiz hala gəlir.
  • Cüt qat şüşəli ofis arakəsmələri
    • Bu növ şüşə ofis arakəsmələrin tək qat şüşəli ofis arakəsmələrdən tək fərqi səs izolasiyasını təmin etməyidir. İki şüşə arasında saxlanılan 10 cm-lik hava məsafəsi səs izolasiyasını təmin edir. Digər xüsusiyyətləri baxımından iki sistem bir birindən çox da fərqlənmir. Burada hər bir şüşə qatı 8mm temperli şəffaf şüşə olaraq seçilir.
  • Çərçivləli vəya Çərçivəsiz şüşə qapılar
    • Çərçivəli şüşə qapıların digərlərindən fərqləndirən sadəcə zahiri görünüşdür. Funksionallıq baxımından elə də fərqlənmir. Hər iki növdə də kilitli qapı qolu tədbiq oluna bilir.

Ofis arakəsmələrində istifadə olunan qapılar iki sinfə bölünür və hər iki qapı növündə də kilitli qapı qolu qoyula bilir

  • Aluminium çərçivəli şüşə qapılar
  • Çərçivəsi olmayan şüşə qapılar

Avtomatik qapılar

Avtomatik qapılar – sadə, rahat, təhlükəsiz həllərdir. Bir çox binalarda, obyektlərdə qapıların avtomatik açılıb bağlanılmasına ehtiyac var. Supermarketlərdə, otellərdə və avtosalonlarda, eləcə də dövlət idarələrində və xəstəxanalarda bu qapılar cəlbedici görünüş yaradır. Komfort hissi yaradır və eyni zamanda fəaliyyəti təkmilləşdirərək insan əməyini yüngülləşdirir.
Daha çox

Avtomatik jalüz qapılar əsasən təyinatına və istifadə olunma yerinə görə məhdud olduğu üçün bu tipli qapıları bir çox hallarda məsləhət görmürük və yalnız müştərinin sifarişi və istəyi əsasında quraşdırırıq. Bu qapılar küləyə və zərbəyə kifayət qədər davamlı olmadığı üçün darvaza və qaraj qapılarında istifadə olunmağını tövsiyə etmirik və sendviç panellərdən ibarət olan seksional avtomatik qapılara nəzərən dəfələrlə zəifdir .

Bu gün demək olar ki, hər binada istifadə olunan avtomatik fotoselli qapılar, ümumiyyətlə, şüşə və ya görünən poladdan hazırlanmış xrom çərçivəli eynəklərlə hazırlanan dizaynlar əsasında asan keçidi təmin edir. Enerjiyə qənaət üçün istehsal olunan bu avtomatik qapı sistemləri keçid sahəsinə girdiyiniz zaman sizi dərhal aşkar edir və avtomatik açılır. Qapını açmaq üçün heç bir fiziki gücə ehtiyacınız yoxdur, zəhmətsiz və istifadəsi asan fotoselli qapı sistemləri estetikası ilə bütün dizaynlara uyğun gəlir.

Plastik pəncərə və qapılar

Plastik Qapı və pəncərələr yaşayış, iş yerləri, ofislər və ictimai binalar kimi bütün məkanlarda istifadə oluna bilir. PVC qapı və pəncərə sistemləri ümumiyyətlə balkon qapıları və vanna otağı qapıları kimi daha çox istifadə olunur və həmçinin qapalı mühitlərdə otaq qapıları kimi də istifadə edilə bilər. Əslində son illərdə inkişaf etdirilən yeni kilid sistemləri və zərbəyə davamlı dekorativ lövhələr sayəsində PVC qapı modelləri xarici qapılarda da istifadə olunmağa başlanmışdır.
Daha çox

Məhəccərlər

İstər şux görünüşü, istərsə də gigiyenik bünövrəsi üçün bir çox insanın seçimi olan şüşə, məhəccərlərdə də öz estetikliyini itirmir. Şüşəli məhəccərlərin seçilmə səbəbləri arasında xüsusilə gigiyeniklik və asan təmizlənmə özəlliyinin olması, təbii bir maddədən istehsal olunması, son dərəcə etibarlı olması, kimyəvi maddələrə qarşı davamlı olması, istilik dəyişikliklərinə davamlı olması və uzun ömürlü istifadə təqdim etməsi yer alır.
Daha çox

Duş kabinlər

Duş kabin interyerin ən önəmli sistemlərindən biridir. Xüsusi ilə interyer dizayn üslubuna uyması üçün müxtəlif şüşə və aksesuarlar çox vacib rol oynayır.
Daha çox

Alüminium tökmə işlər

Tökmə və döymə məmulatların yüksək keyfiyyətini, davamlılıq və uzunömürlüyünü təmin etmək üçün, təcrübəli ustalarımız metalın emalı zamanı xüsusi üsullardan istifadə edirlər. Güclü sənaye bazası, son texnologiyalardan istifadə, əsrlərdən bəri davam edən metal emalı ənənələrinə bəslənilən hörmət əsasında biz hər müştərinin arzu və istəklərini öz işimizdə gerçəkləşdirə bilirik.
Daha çox

Alüminiumla izosistem arasında çox mühüm bir fərq vardır,bu fərq onların qiymətinə çox böyük təsir edir. Belə ki,izsositemlərdə iki alüminium profilin arasında plastik lövhə olur və bu lövhə qışda həddən artıq soyuğun yayda isə istinin qabağını kəsərək tənzimləyici rolunu oynayır.Amma alüminium sistemlərdə isə belə plastik lövhə olmur bu da iki sistem arasında əsas qiymət fərqinə səbəb olur.

Yay günü, yaşıl bağ və bağın dərinliklərində zərif besedka: sadə və gözəl, misilsiz strukturların fotoşəkili nandırır ki, onların sadəcə görünüşü sakitlik hissi oyadır, istirahətə və istirahətə yönəldir.

Alümium məhəccərlər memarın sadəcə dizayn baxımından zövq oxşamaq üçün yaratdığı gözəllik deyil, həm də ən əsası pilləkənlərdə başlıca əhəmiyyəti olan elementdir.Başlıca üstünlükləri paslanma yaratmaması,dayanıqlı olması,yüngül olmasıdır. Bu cür məhəccərlər heç bir qulluq tələb etmir.

Hər mühitə fərqindəlik qatan dizaynı ilə diqqət çəkən və kafe, restoran, ofis, otel tipli məkanlarda istifadəyə uyğun məhsulumuz müştərilərimiz arasında seçim səbəblərindən biri olmuşdur.

Hər mühitə fərqindəlik qatan dizaynı ilə diqqət çəkən və kafe, restoran, ofis, otel tipli məkanlarda istifadəyə uyğun məhsulumuz müştərilərimiz arasında seçim səbəblərindən biri olmuşdur.

Müştəri ilə rahat və məhsuldar işləmək üçün tam çeşidli xarici işıqlandırma xidmətləri təqdim edirik. İlkin olaraq peşəkar mütəxəssislərimiz müəssisənizin ərazisindəki lampaların gücünü və dayaqların hündürlüyünü seçəcək.

Şüşə qapılar

Binanın dizaynına müasir yanaşma şüşədən qapıların quraşdırılmasını nəzərdə tutur. Belə bir qapının rahatlığını təmin edən işıq şüalarının maksimum nüfuzunu təmin edir, bu isə öz növbəsində bölgəni görmə qabiliyyətini artırır və eyni zamanda yaxşı səs izolyasiyasına malikdir.
Daha çox

Şüşə qapı sistemləri yaşayış və qeyri yaşayış sahələrinin haşiyəsiz və panoramalı şüşələr ilə bölünməsinin ən uyğun eyni zamanda səmərəli yoludur.

Hebeschiebe sürmə sistemlərinin açılıb-bağlanan quruluşu, bugünkü texnologiyası həqiqətən uyğun bir nəticə ortaya çıxarır. Müştərilərin məmnuniyyətini təmin edəcək məhsul alternativlərini son dərəcə parlaq və yüksək keyfiyyətli seçimlərlə birlikdə burada yaxşı bir seçim olaraq görmək və qiymətləndirmək lazımdır.

Giyotin sistemləri

Giyotin cam sistemi 110 sm məhəccər və hərəkət edən şüşədən ibarətdir. Sistemin əsas vəzifəsi küləyin və çöldən gələn yad cisimlərin qarşısını almaqdır.
Daha çox

İnteryer dizayn

Məkanının daxili gözəlliyinin vurğulanması, tikilinin özül xarakterinə uyğun şəkildə, uyğun bir ahəngdə dizayn işlərinin tərtibi sahəsidir. İnteryer dizayn özündə arxitektur işi ilə art işlərinin praktik şəkildə tərtibini əks etdirir.
Daha çox

Zip pərdələr

Zip pərdə, kilidli pərdələr olaraq da adlandırılan motorlu pərdə sistemlərindən biridir. Açıq havada tənzimlənən Ştor pərdələrə alternativ olaraq hazırlanıb.
Daha çox

Dekorativ daşlar

daxili təbii istifadə çünki müasir stil tez-tez təbii toxumalı materiallar ehtiva edir ağac, daş və kərpic hər kəs ödəyə bilər.
Daha çox
plus-circle circle-minus