Özünə xas dizaynı və güclü izolyasiya xüsusiyyətlərinə malik olan İZOSİSTEM pəncərə və qapı sistemi xarici mühit ilə vizual təmasınızı 90% nisbətinə çatdıra bilir. İki alüminium arasındakı plastik kütlə(dielektrik qatı) sayəsində çöl və iç metalın bir biri ilə əlaqəsi tam olaraq kəsilir, istilik və səs izolyasiyası əmələ gəlir ki nəticədə həm səs keçirgənliyi, həm temperatur, itirilməsi həm də profilin tərləməsinin qarşısı alınmış olur.

İzosistem profilləri müxtəlif qalınlıqlı çərçivə genişliyinə malikdir. İzosistemin digər pəncərə sistemlərindən üstün cəhəti odur ki, deformasiyaya uğramır, küncləri press (kley) vasitəsi ilə pərçimlənir, 3 qat rezin sisteminə malikdir, ekoloji təmizdir. Ral kataloqu üzrə çeşidli rənglər seçimi var. daha bir özəlliyi iç və çöl tərəflərin ayrı rənglərə boyana bilməsidir və sistemin qalınlığına görə 1 və ya 2 kameralı şüşə paketlərdən istifadə edilir.