Ofis arakəsmələri

Perqola istənilən hava şəraitindən yağışdan, günəşdən, qardan qorunmaq üçün əlverişli bir sistemdir. O, xüsüsi silikon örtüklü parça və alüminium profil dirək və raylardan ibarətdir.

  • Tək qat şüşəli ofis arakəsmələri
    • Tək qat şüşəli ofis arakəsmələri adətən 10 mm qalınlıqda temperli şüşədən ibarət olur. Şüşənin temperli olmağı zərbələrə qarşı 5 qat daha davamlı olmağını təmin edir və qırılma ehtimalı olsa belə kiçik parçacıqlara bölünərək təhlükəsiz hala gəlir.
  • Cüt qat şüşəli ofis arakəsmələri
    • Bu növ şüşə ofis arakəsmələrin tək qat şüşəli ofis arakəsmələrdən tək fərqi səs izolasiyasını təmin etməyidir. İki şüşə arasında saxlanılan 10 cm-lik hava məsafəsi səs izolasiyasını təmin edir. Digər xüsusiyyətləri baxımından iki sistem bir birindən çox da fərqlənmir. Burada hər bir şüşə qatı 8mm temperli şəffaf şüşə olaraq seçilir.
  • Çərçivləli vəya Çərçivəsiz şüşə qapılar
    • Çərçivəli şüşə qapıların digərlərindən fərqləndirən sadəcə zahiri görünüşdür. Funksionallıq baxımından elə də fərqlənmir. Hər iki növdə də kilitli qapı qolu tədbiq oluna bilir.

Şüşə qapılar

Ofis arakəsmələrində istifadə olunan qapılar iki sinfə bölünür və hər iki qapı növündə də kilitli qapı qolu qoyula bilir

  • Aluminium çərçivəli şüşə qapılar
  • Çərçivəsi olmayan şüşə qapılar