Açılıb-bağlanan sistemlərin yanları pərdə və ya şüşə ilə bağlanaraq qış bağçası kimi də istifadə oluna bilər. Tent pergola sistemləri istər mənzillərinizə istərsə də kafe və restoranlara,hovuz üstünə gözəl görünüş verən ikitərəfli olmaqla müştərinin istəyinə əsasən həm düz, həm ellips, həm də asqılı sistem şəklində dizayn edilə bilər.

Pergola sistemləri

Perqola istənilən hava şəraitindən yağışdan, günəşdən, qardan qorunmaq üçün əlverişli bir sistemdir. O, xüsüsi silikon örtüklü parça və alüminium profil dirək və raylardan ibarətdir.

Sabit tent sistemləri

Sabit tent sistemləri blackout (gün keçirməyən və oda davamlı) tent materialından və alüminiumdan hazırlanaraq istənilən əyimdə və istənilən bucaqda hazırlana bilər.

Açılıb - yığılan kölgəlik

«Ponant» qollu tentləri eyvanların, terrasların, pentxausların kölgələndirilməsi üçün əla seçimdir. Bu sistem kölgələnmə sahəsində ən möhtəşəm sayılan sistemlərdən biri olub ən son texnologiya ilə hazırlanmışdır. Avtomatik açılıb-bağlana bilən olması ilə yaz və qış fəsillərində də rahat istifadə oluna bilir.